İran artıq neftdən asılı olmayacaq?
16 May 2013 18:55 İqtisadiyyatİran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, neft ixracından əldə edilən gəlirlərə arxalanmadan ölkəni idarə etmək mümkündür. Bu barədə Trend cümə axşamı IRNA agentliyinə istinadən məlumat verir.Bu gün Əhmədinejad Bəndər-Abbas şəhərində çıxışı zamanı bildirib ki, ölkədə 187 milyon kvadratmetr şumluq torpaq sahəsi var, lakin bundan 14 milyon kvadratmetri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə edilir.
"Torpaqların rekultivasiyasının artırılması və kənd təsərrüfatı üçün zəruri strategiyanın hazırlanması İranın neftin ixracından əldə edilən gəlirlərdən asılılığının dayandırılmasına şərait yarada bilər", - Əhmədinejad qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31