Dolların dəyərdən düşməsi manata təsirsiz ötüşməyəcək
7 Aprel 2021 13:13 İqtisadiyyat"Böyük Britanıya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib. Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb: "Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır. Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir".