Pandemiya onlara təsir etmədi – Milyarderlərin sayı ARTIB

Pandemiya dövründə milyarderlərin sərvəti və sayı artıb.

Olaylar.az xəbər verir ki, ABŞ-ın məşhur "Forbes" jurnalının dərc etdiyi milyarderlər siyahısında bu il rekord sayda insan yer alıb.

35-ci dəfə yayımlanan milyarderlər siyahısına görə pandemiya dövründə milyarderlərin sayı 660 nəfər artaraq 2755 nəfərə çatıb.

Siyahıda yer alan rəqəmlərə əsasən yeni növ koronovirus pandemiyasına baxmayaraq milyarderlərin ümumi sərvəti 5 trilyon dollar artaraq 13,1 trilyon dollara olub.

Rekord həddə çatan milyarderlər siyahısına bu il 493 yeni ad daxil olub.

ABŞ-ın elektron ticarət nəhəngi "Amazon"un qurucusu Ceff Bezos 177 milyard dollar sərvəti ilə 4-cü dəfə dünyanın ən zəngin insanı kimi qeydə alınıb. Ötən il siyahıda 31-ci olan "Tesla" və" SpaceX"in qurucusu Elon Mask isə 151 milyard dollar sərvəti ilə siyahıda 2-ci yerə yüksəlib.

Üçüncü pillədə isə 150 milyard dollarlıq sərvətlə fransalı iş adamı Bernard Arnault qərarlaşıb. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31