Əhali gəlirinin 69,4 faizini istehlaka xərcləyir

2013-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 10,3 milyard manata çatıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  onun hər nəfərə düşən həcmi orta hesabla 1108,7 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9 faiz olub.
Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31