İki ayda əhaliyə 1 milyard 21 milyon manat vəsait ödənilib
17 Mart 2021 15:34 İqtisadiyyatSosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib. Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31