Ağalarovlar restoran biznesini böyüdür: Azərbaycanda daha 7 restoran açacaqlar

Ağalarovlara məxsus "Crocus Group" şirkəti 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov "Kommersant"a açıqlamasında bildirib:

"2022-ci ilin sonun kimi Bakıda və "Sea Breeze Resort"da 7 yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: "Zafferano", "Edoko", "Forte Bello", "Fish Box", "Cafe Milano".

Qeyd edək ki, hazırda "Crocus Group" şirkəti ümumilikdə 52 restoranı idarə edir. Ötən il qrupun biznesinin restoran hissəsinin dövriyyəsi 3 dəfə azalıb. Şirkət 2023-cü ilə qədər bu göstəricini 70% artırmağı planlaşdırır. 

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31