Vergilər Nazirliyinin xətti ilə büdcəyə 2 milyard 513 milyon 825,7 min manat vəsait daxil olub

2013-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 513 milyon 825,7 min manat  təşkil edib. Nazirlikdən "OLAYLAR"a verilən məlumata görə, bu məbləğin 47,6 faizi mənfəət vergisinin, 20,2 faizi əlavə dəyər vergisinin, 10,3 faizi fiziki şəxslərin gəlir vergisinin, 7 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 224 milyon 932,2  min manat vəsait daxil olub. Yanvar-aprel aylarında respublika üzrə 28 min 57 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin may ayının 1-dək 73 min 728 nəfər fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 may 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 506 min 715 olub.2013-cü ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31