Neft sektorunda 1,5 faiz azalma baş verib

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-aprel aylarında 11,3 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 2,8 faiz artım, neft sektorunda 1,5 faiz azalma müşahidə olunub. Statisrika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə,  istehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,3 faizi emal, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Dörd ay ərzində 14,3 milyon ton neft, 5,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31