ARDNŞ aprel ayı üzrə ödənişlərini açıqladı
Dövlət Neft Şirkəti ötın dövlət büdcəsinə 132 milyon 879 min manat vəsait ödəyib
15 May 2013 14:04 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin aprel ayında dövlət büdcəsinə 132 milyon 879 min manat vəsait ödəyib ki, bu da ötən ilin aprel ayına nisbətən 11 milyon 874 min manat və ya 109,8 faiz çox olub.
ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 518 milyon 871 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon 444 min manat və ya 117 faiz çox olub.
Bundan əlavə, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 75 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 50 milyon 64 min manat təşkil edib.