Vüqar Bayramov: "Rusiya neft nəqlini dayandırmaqla Azərbaycana təzyiq etməyə çalışır"
15 May 2013 13:57 İqtisadiyyat"Son zamanlarda Bakı-Novorosiyski boru kəməri siyasi əhəmiyyətini itirmişdi". Bu barədə iqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya verdiyi açıqlamada məlumat verilib. Onun sözlərinə görə, həmin boru kəməri 90-cı illərin ortalarında BTC boru kəmərinin inşası ilə bağlı qərar qəbul edəndə iqtisadi-siyasi əhəmiyyətini itirmişdi: "Rusiya isə çalışırdı ki, Azərbaycan istehsal etdiyi nefti Bakı-Novorosiyisk boru kəməri ilə nəql etsin. Amma buna baxmayaraq, Azərbaycan rəhbərliyi yeni boru kəmərinin tikintisində fəaliyyətini gücləndirdi. Bundan başqa BTC-nin rentabelli işlməsi üçn orta Asiya neftinin bu kəmər vasitəsilə nəqli üçün Qazaxıstanla danışıqlar aparıldı". BTC-nin imkanlarının geniş olduğunu deyən ekspert, onun Bakı-Novorosiysklə eyni imkana malik olduğunu vurğuladı. Ekpertin fikirincə, iqtisadi baxımdan Bakı-Novorosiyski kəmərindəki nəqlin dayandırılması Azərbaycan üçün problem yaratmayacaq: "Azərbaycanın gündəlik neft nəqli 800-min barelə yaxındır. Moskva Azərbaycan üçün elə bir əhəmiyyəti olmayan nəqli dayandırmaqla ölkəmizə təzyiq etməyə çalışır. Eyni zamanda rəsmi Moskva bu yolla qonşu ölkələrə də siyasi təzyiq edir.