Ölkədə pul qıtlığı yaranıb?
5 Mart 2021 13:25 İqtisadiyyatArtıq iki aydır ki, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə və müəssisəlrdə çalışan işçilər əmək haqqı ala bilmirlər. "Olaylar"a daxil olan məlumata görə, bir sıra təşkilatlarda çalışan işçilərə cari ilim yanvar-fevral aylarının maaşları ödənilməyib. Buna səbəb kimi dövlət büdcəsindən ayırmaların edilməməsi göstərilir. Lakin araşdırmalar zamanı bəlli olub ki, əslində bunun səbəbi ölkədə pul kütləsinin qıtlığıdır. Baxmayaraq ki, dünya bazarında Azərbaycan neftinin qiyməti xeyli yüksəlib, lakin ölkəyə daxil olan valyutanın həcminin artması barədə rəsmi açıqlama verilməyib. Üstəlik ölkənin kifayət qədər valyuta ehtiyatının olmasını nəzərə alsaq, büdcədən maliyələşən təşkilatlarda çalışanların əmək haqlarının qarşılanması elə də çətin məsələ hesab olunmur.