Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı

Ötən il ərzində Azərbaycana idxal oluan avtomobillərin sayı açıqlanıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2020-ci il ərzində Azərbaycana 53729 nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2019-cu illə müqayisədə 12 faiz çoxdur.

S.Mehdiyevin sözlərinə görə, 2019-cu ildə ölkəmizə 47 709 nəqliyyat vasitəsi idxal olunub. Komitə sədri qeyd edib ki, ölkəyə idxal olunan avtomobillərin böyük əksəriyyəti istismar olunmuş avtomobillərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31