Bakıda “Neft, qaz və media” konfransı keçiriləcək

Sentyabrın 17-19-da Beynəlxalq Mətbuat İnstitutu tərəfindən Dövlət Neft Şirkətinin dəstəyi ilə Bakıda "Neft, qaz və media" konfransı keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə təşkilat komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib ki, konfransa dünyanın əksəriyyət ölkələrindən 200-ə yaxın mətbuat nümayəndəsinin qatılacağı gözlənilir. Umud Rəhimoğlu deyib ki, konfransın keçirilməsində məqsəd azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələin inkişaf etdirilməsidir. 3 gün davam edəcək konfrans çərçivəsində müxtəlif mövzularda seminar və dəyirmi masalar keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31