Nazirlik yeni dövlət istiqrazları yerləşdirib
3 Mart 2021 11:45 İqtisadiyyat02 mart 2021-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0106007880 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, AZ0106007880 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 111,8 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 45,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,5739 (gəlirlilik 8,4321%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 27 fevral 2024-cü ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31