Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
3 Mart 2021 11:05 İqtisadiyyatAzərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib. Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31