Pensiyaçılar əhalinin 13,8 faizini təşkil edir
14 May 2013 13:31 İqtisadiyyat2013-cü il aprel ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondu sistemində 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,8 faizini təşkil edib. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil edərək orta aylıq əmək haqqının 37,8 faizinə bərəbər olub. Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 milyon manat və ya 1,1 faiz çox vəsait yönəldilibr. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, aprel ayının 1-i vəziyyətinə 311,0 min nəfərə sosial müavinətlər təyin olunub. 2013-cü ilin üç ayı ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 35,0 min nəfər aylıq təqaüd alıb. Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilib.