Türkiyə borcsuz ölkə oldu

Türkiyə son 19 ildə ilk dəfə borcu olmayan bir ölkəyə çevrilir. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə baş nazirin müavini Əli Babacan çıxış edib. O, Ankaranın Beynəlxalq Valyuta Fonduna olan son kredit borcunun da ödənildiyini vurğulayıb: "5 ildir Beynəlxalq Valyuta Fondundan kredit almırıq. AKP iqtidarı olaraq ilk 5 ildə kredit alan, ikinci 5 ildə isə  krediləri geri ödəyən olduq.  İnşallah üçüncü beş ildə borç verən bir ölkə olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31