Ölkədə etilen istehsalı 39,8 %, polietilen istehsalı isə 45,5 % artıb
18 Fevral 2021 10:37 İqtisadiyyatBu ilin yanvar ayı ərzində Azərbaycanda 13,6 min ton həcmində propilen, 17,9 min ton həcmində polietilen, 17,9 min ton həcmində etilen istehsal edilib. Dövlət Statistika Komitəsindən "Olaylar"a bildirilib ki, propilen istehsalının 12,6 min tonu əmtəəlik məhsulun payına düşüb. Hesabat dövründə propilen istehsalı 25,9 %, əmtəəlik propilen istehsalı 16,7 % artıb. Bu ilin yanvar ayı ərzində ölkədə etilen istehsalı 39,8 %, polietilen istehsalı isə 45,5 % artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31