“AtaSığorta” Azərbaycanın pul bazarına çıxış imkanı qazandı
13 May 2013 17:03 İqtisadiyyatBakı Banklararası Valyuta Birjası və "Ata Sığorta" sığorta şirkəti birja elektron ticarət sisteminin "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə imzalayıblar. "OLAYLAR"-a daxil olan məlumata görə, müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "Ata Sığorta"nın Idarə Heyətinin sədri Müseyib Əliyev imzalayıb.Müqaviləyə əsasən, "Ata Sığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir. BBVB yeni iştirakçıya "BEST" ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31