Bu il sahibkarlara 130 milyon manat güzəştli kredit veriləcək

2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Sahibkarlığın İnkişafı Fondundan "Olaylar"a bildirilib ki, bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır. 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31