Zəmanətlə verilən kreditin məbləğı açıqlanıb

Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, 2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Müraciətlərin kredit tələbatı 148 milyon manat olan 433-nə (81.9%) Fond tərəfindən zəmanət verilmişdir.

Eyni zamanda 01.01.2021-ci il tarixinədək Fonda birdəfəlik komissiyası ödənilmiş və zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74.8 milyon manat təşkil etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31