Bu il taxıl yığımına tez başlanılıb

19.1 min hektar sahədən 47.5 min ton taxıl məhsulu götürülüb

May ayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-nə kimi 351.4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 29.1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33.7 min hektar sahədə dən üçün qarğıdalı, 65.3 min hektar sahədə kartof, 73.1 min hektar sahədə tərəvəz əkilib. Statistika   Komitəsindən verilən məlumata görə, hesabat dövründə sahələrdən 49.3 min ton və ya keçən ilə nisbətən 1.2 faiz çox kartof, 71.8 min ton və ya 10.3 faiz çox tərəvəz, 7.3 min ton və ya 52.8 faiz çox meyvə və giləmeyvə yığılıb.    Havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılmış və iyunun 1-i vəziyyətinə 19.1 min hektar sahədən 47.5 min ton taxıl məhsulu götürülüb.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31