BP şirkəti aktivini satır

BP şirkəti Omanda qaz yatağındakı payının 20 %-ni Tailandın Milli Neft Şirkətinə 2,6 milyard dollara satır. Şirkət 2025-ci ilədək kapitalını diversifikasiyalaşdırmaq və 25 milyard dollar qazanmaq məqsədilə bu satışı planlaşdırıb.

Cari il ərzində satışın tamamlanması gözlənilir, lakin BP bundan sonra da sözügedən yataqda 40 % payla operator olaraq qalacaq. Hazırda satışın şərtlərinin Oman hökuməti və neft yatağındakı digər şəriklər tərəfindən təsdiqlənməsi gözlənilir.

Xatırladaq ki, enerji nəhəngi BP 2030-cu ilə qədər neft və qaz hasilatını 40 % azaltmağı, ətrafa daha az karbon qazı yayan enerji növlərinə investisiyanı 10 dəfə  artırmağı nəzərdə tutur. Bu yaxınlarda kapital diversifikasiyası məqsədilə BP 5 milyard dollarlıq neft-kimya biznesini "INEOS" şirkətinə satmışdı.İki sahil.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31