Rusiya rekordu yeniləyib
3 Fevral 2021 17:32 İqtisadiyyat2020-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayına qədər Rusiyadan digər ölkələrə 34,3 milyon ton taxıl ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 25 % daha çoxdur və indiyədək bazar tarixində ən yüksək göstəricidir. Məlumatı "Rusaqrotransa" analitik mərkəzinin rəhbəri İqor Pavenski açıqlayıb.
"İki sahil" "smotrim.ru" saytına istinadən xəbər verir ki, ölkənin buğda ixracatı rekordu da yenilənib-2020-ci ilin iyulundan 2021-ci ilin yanvarına qədər Rusiyadan xaricə 29 milyon ton buğda ixrac edilib.
Pandemiya əkin kampaniyalarına təsirsiz ötüşüb və planlar yerinə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31