“Dostluq” yatağında 100 milyon ton neft, 30 milyard kub metr mavi qaz var

Yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə olmalqa yanaşı, eyni zamanda hər iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq. Bəs, "Dostluq" yatağında nə qədər neft və mavi qaz var? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində strart verilsə də sonradan iki ölkə arasında yatağın işlənməsi barədə müzakirələr başlandı: "İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kub metr mavi qaz var.  Bu isə yataqda kifayət qədər böyük enerji resursların olmasından xəbər verir.  Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların həcminin daha da çox olacağı gözləniləndir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli şəkildə töhvə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31