Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub
10 May 2013 19:20 İqtisadiyyat2013-cü ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 427 min 650 ton Azərbaycan nefti nəql olunub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 milyon 771 min 412 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il may ayının 1-ə qədər BTC-yə 215 milyon 223 min 226 ton neft vurulub.
Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 269 min 618 ton Türkmənistan nefti nəql olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31