Nəqliyyatda çalışanların əmək haqqı artıb

Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  işçilərin 53,2 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 14,8 faizi hava nəqliyyatı, 18,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. 2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 11,6 faiz artaraq 521,1 manat olmuş, bu göstərici hava nəqliyyatında 825,4 manat, dəniz nəqliyyatında 672,8 manat, avtomobil nəqliyyatında 490,5 manat, dəmir yolu nəqliyyatında isə 243,1 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 18,0 faiz, avtomobil nəqliyyatında 17,9 faiz, dəniz nəqliyyatında isə 4,6 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,8 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 3,6 faiz artaraq 640,7 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31