İpoteka kreditləşməsi mexanizmi ilə bağlı strategiya hazırlanıb
10 May 2013 14:09 İqtisadiyyat"İpoteka kreditləşməsi mexanizminin sadələşdirilməsi ilə bağlı strategiya yaxın vaxtlarda hökumətə təqdim olunacaq". Bu barədə məlumat verən Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda dövlət ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub: "Strategiyanın başlıca istiqamətləri ipotekanın genişləndirilməsi, əhali üçün daha da münasib olması, sosial ipoteka ilə bağlı şərtlərə yenidən baxılması, ipotekanın mövcud bazar şəraitinə uyğunlaşdırılması, tikinti-əmanət banklarının yaradılması, əhalinin ona çıxış imkanlarının genişləndirilməsi və s. məsələlərdən ibarətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31