İndi yumurtalar ermənisayağı ölçülür...

Ermənistanda istehlak səbəti əhəmiyyətli dərəcədə aşağı düşüb

Ermənistanda istehlakçı səbəti əhəmiyyətli dərəcədə ucuzlaşıb. Ekspertlər hesab edir ki, bu, yoxsulların və pensiyaçıların minimum yaşayışlarının daha da ağırlaşmasına gətirib çıxaracaq. Yerli mətbuat yazır ki, Ermənistanda istehlak səbəti 12 əmtəə qrupundan ibarətdir. Bu istehlak səbəti 300 adda xidməti olan ABŞ-ın istehlak səbəti, Almaniya (475 adda xidmət) ilə müqayisədə çox azdır. Amma Ermənistanda əllərini sallayıb oturmurlar, onlar bəzən inqilabi islahatlar da edirlər. Məsələn, əvvəllər gündəlik norma 0,3 ədəd yumurta təşkil edirdisə, indi bu sütunda 18,6 qram yumurta yazılır. İndi yumurtalar təmiz ermənisayağı ölçülür: ədədlə deyil, qramla, hətta kiloqramla.

Bir növ heç nə dəyişməsə də, Ermənistanda hesab edirlər ki, bu ciddi görünür. Getdikcə bu, artmaqda davam edir. Ət məhsullarının 4,5 qram, yağ və balıq məshulları 5-6 qram, hətta meyvənin də bol olduğu Ermənistanda bu məshulun da gündəlik istehlak norması istehlak səbətində nəzərəçarpacaq dərəcədə azalıb. Guya az miqdarda azalma var. Nədir ki 1 qram, 2 qram. Amma illik çıxarışlarda hesab artıq kiloqramlarla, özü də bir deyil, bir neçə kiloqramla hesablanır.

Amma erməni KİV-i qeyd edir ki, əsas problem ondan ibarətdir ki, bu Cənubi Qafqaz ölkəsində istehlak səbəti mücərrəd xarakter daşıyır və heç bir qanuni qüvvəsi yoxdur. Bu isə gəliri istehlak səbətindən də aşağı olan ailələrin dövlət vəsaiti əldə etmələrinə imkan vermir. Hərçənd bu vəsaitlər də cüzi miqdarda olur. Ona görə də ekspertlər hesab edir ki, yaxın vaxtlarda vəziyyəti heç də ürəkaçan olmayan yoxsulların və təqaüdçülər üçün bu ölkədə yaşamaq daha da çətinləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31