Dünyada 1 dollara nə almaq olar?

Avstriyanın paytaxtı Vyanada cəmi bir ədəd Kornspitz bulkası.

Filippin: yarım saat ayaq masajı, xırda balıqlardan qızartma, qısa saçlı kişilər üçün saç kəsimi, 28 "Marlboro" siqareti, 7Eleven-də qəhvə, AA tipli 3 batareya, iki saat internetdən istifadə, Mr. Donut-da 4 ponçik, taksi ilə 2 km məsafəyə gediş haqqı, 4 litr içməli su və ya çoxlu-çoxlu düyü.

İspaniya: Kanar adalarında, xüsusən də Tenerife şəhərində 1 dollar müqabilində 1 fincan qəhvə almaq olar, lakin populyar kurortlarda bu mümkün deyil, paytaxtda bir fincan qəhvəni bir dollara tapa bilərsiniz.

Vyetnam: velosipedin 1 günlük kirayəsi, 2 fincan südlü qəhvə, Mobifone operatoru ilə 15 dəqiqə danışıq haqqı, bir boşqab Vyetnamın "Fo" supu, camaşırxana xidməti, 250 qram şəkərli zəncəfil, 40 bildirçin yumurtası, 1 ənənəvi Vyetnam şlyapası (konus şəkilli), 1-2 qəzet, 1 DVD 7 litr içməli su, Xanoe şəhərində Ədəbiyyat məbədinə 2 giriş bileti, 2 sərinləşdirilmiş Halida pivəsi, 1,25 litr benzin .

Böyük Britaniya: yarım litr benzin, iki ədəd siqar (qutusunu deyil, tək-tək), 3 alma, qəzet.

Xorvatiya: böyük dondurma porsiyası.

Danimarka: 1 litr süd, Godthaabsvej Bakery-də çiabatta və açıqca üzün marka.

Macarıstan: Budapeştdə siz 1 dollara 1 dondurma və ya dörd dənə balaca alma, 1 hamburqer, 1 açıqca, 1 qəzet və ya qədimi şəhərdə avtomobili park etmək.

Türkiyə: avtobus bileti, "Koka-kola" bankası, sendviç, bir stəkan çay, iki-üç qəzet, bir kilo portağal və ya alma, yarım kilo banan, iki butulka su (0,5 l), iki baton çörək.

İtaliya: ölkənin dərinliklərində bir şüşə ucuz şərab, 1kq spagetti və 6 şüşə mineral su və bir həb ibuprofen - ucuz şərab nəticəsində yaranan baş ağrısını götürməyə kömək edir.

Kolumbiya: Boqota şəhərində bir fincan qəhvə və bir neçə təzə bişmiş bulka.

Cənubi Koreya: Seulda bir dollara metro və ya avtobus vasitəsi ilə gəzintiyə çıxmaq olar.

Tailand: bir qallon təmiz içməli su (4litr), 1,5 litr qazlı mineral su, 1 saat mobil telefonla danışıq (yerli nömrəyə zəng etmək şərti ilə, əlbəttə ki), Bangkok Post ingilis qəzeti, Bankoqda səkkiz stansiyadan keçid), Dairy Queen -də üç porsiya yumşaq dondurma, bir boşqab məşhur taylandın düyülü karı yeməyi, bir litr benzin, bir neçə km məsafəyə taksi ilə gediş, iki litr "Koka-Kola", Çianq-Maya küçələrində satılan qida.

Misir: koshary plate porsiyası, tərkibinə düyü, makaron, qızardılmış soğan, qarabaşaq, həmçinin də ponçik və falyafel.

Hindistan: Kəlkütdə 1 dollara doyunca yemək olar.

Kosta-Rika: papayya, ananans və ya qarpız.

BƏƏ: Jabl AL Noor restoranında şaurmanın dadına baxmaq olar.

Portuqaliya: 1 espresso (təkcə hava limanında yox).

Laos: 1 buzlu Lao pivəsi, bir sendviç (donuz əti və pendir ilə), 4 rulon tualet kağızı, 2 foncan dəmlənmiş qəhvə ya Scandinavian Bakery dükanında 2 ədəd roqalik (buynuz formasında bulka), 16 ədəd orta ölçülü banan, 1 saat internet (bəzi yerlədə hətta yarım saat), 3 litr içməli su, iki kruasan.

Avstraliya: iki həftəlik səyahət turuna çıxmaq üçün lazım olacaq qədər pul udmaq şansı verən lotereya bileti.

İordaniya: çips paketləri və ya iki fincan qəhvə

ABŞ: Los-Ancelesdə 1 baksa Blue Bus-da gəzintiyə çıxmaq və ya avtomobili 1 saatlığa pullu dayanacaqda saxlamaq olar.

Nikaraqua: 1 şüşə pivə

Argentina: Buones-Aires şəhərində 1 dollara avtobus və ya metro ilə gəzmək olar, çoxlu meyvə almaq və ya bulka yemək olar, həmçinin toxuma bilərzik də ala bilərsiniz.

Beliz: elə yol üstü qızardılmış bananlar almaq olar.

İndoneziya: Manado şəhərində 1 dollara bir tikə qızardılmış toyuq, düyü, tərəvəz, mineral su və meyvədən ibarət yaxşıca, tam nahar etmək olar.

Myanma: bir bakal buzlu qəhvə, 4 qutu yerli siqaret və ya yarım paçka "Malboro" siqareti, malyariyaya qarşı 17 günlük doksitsiklin həbi, içliyi olan 10 ədəd ponçik, 4 litr təmiz su, "Koka-kola" bankası və ya bir litr yerli Star Cola, 1 saat internet.

Kambodca: iki bakal pivə, zəncəfillə qızardılmış qurbağa, pambıq parçadan krama şərfi ( milli baş örtüyü), üç ədəd xırç-xırç qızardılmış hörümçək, 4 litr içməli su, 2 banka Kola, iki iri meyvə və ya 50 qram Danimarka pendiri. Bundan əlavə 1 dollara camaşırxanada 1q mələfə yumaq olar.

1 dolları ağılla xərcləmək istədiyiniz yer axtarırsınızsa, onda ən yaxşı yerlər Vyetna, Tailan və Flippindir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31