Ölkəmizin inkişaf tarixində yeni səhifə açılır
1 Yanvar 2021 14:29 İqtisadiyyatAzərbaycan 2020-ci ilin son gününü də uğurla, nailiyyətlə, tarix yazmaqla başa vurdu desək yanılmarıq. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı. İl ərzində qazandığımız siyasi, hərbi, diplomatik qələbənin üzərinə bir də qeyd etdiyimiz faktı əlavə etsək, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan ümumilikdə 2020-ci ili bütün parametrlər üzrə uğurla başa vurdu. Burada təbii ki, dünyanı bürüyən koronavirus pandemiyasını da qeyd etmək vacibdir. Onu da qeyd etmək lazımdır ki, elə sözügedən problemə qarşı mübarizədə də Azərbaycan dünya ölkələri üzrə nümunəvi addım atan ölkələr sırasında yer aldı.
Bütün bu qeyd etdiklərimiz, xüsusilə də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinin başlanılması hadisəsini də nəzərə alsaq, əminliklə deyə bilərik ki, 2020-ci ildə olduğu kimi 2021-ci il də Azərbaycan üçün kifayət qədər uğurlu olacaq. Xüsusilə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılmasının ölkə iqtisadiyyatı üçün səmərəli olacağı danılmazdır. Heç şübhəsiz ki, iqtisadi sahədə əldə edilən nailiyyət ümumilikdə ölkənin inkişafına da müsbət təsir göstərəcək və bütün bunlar əhalinin sosial rifah halının yaxşılaşdırılmasında özünü açıq şəkildə sərgiləyəcək. Elə əksər ekspertlər də bu qənaətdədirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyir ki, Azərbaycan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ticari qaz tədarükünə başlamaqla Rusiya ilə iqtisadi rəqabət aparacaq əsas gücə cevrildi. Onun sözlərinə görə, Bakı Avropaya ildə 10 milyard kubmetrdən xeyli çox qaz tədarük edə biləcək: "Yəni, Avropa Birliyi təbii qazı Rusiyadan asılı olmadan Xəzər dənizi bölgəsindən alacaq. Xəbəri Energetika Nazirliyi təsdiq edib. Artıq dünya xəbər agentlikləri yayır". İlqar Altay bildirib ki, Azərbaycan bununla "Cənub qaz dəhlizi" strateji hədəfinə yetişib: "Hesab etmək olar ki, õlkəmizin inkişaf tarixində yeni, "qaz õlkəsi" səhifəsi açılır. Qaz tədarükü azı, 25 il müddətə nəzərdə tutulur. Qaz xətti Gürcüstan, Türkiyə, Yunanıstan, Ìtaliya və Albaniya ərazisindən keçərək Avropaya çatır". Sözügedən tarixi hadisənin Azərbaycan iqtisadiyyatına faydalarına gəlincə İlqar Altay bunu belə xarakterizə edib: "Birincisi, ildə 10 milyard kub metr qaz xeyli miqdarda vəsait edir ki, bu da xalqımızın rifahı, dõvlətimizin, ordu və infrastrukturlarımızın güclənməsi, õlkəmizin inkişafı üçün sərf olunacaq. Xüsusən də, əmin olaq, Qarabağ zəfərindən sonra õlkədə yeni dõvr başlayır, qəti olaraq, korrupsiyanın, oliqarxiyanın, xalq-dõvlət malını mənimsəmənin kõkü kəsilir. Hər gəlir, resurs dõvlət mõhkəmliyi, xalq rifahı üçün olur. Prezidentin çıxışları, quruculuq planında da bu var. İkincisi, mühüm qaz kəməri Avropa Birliyi kimi dünya gücünün Rusiya kimi siyasi rəqibdən asılılığını azaldır. Eyni zamanda Avropanı Azərbaycana siyasi və iqtisadi baxımdan daha da sıxlaşdırır. Belə olan halda təbii ki, Avropa Azərbaycanın bõlünüb parçalanması, çõkməsi, eləcə də ya Rusiya, ya da Ìranın əlinə, təsirinə keçməsində yox, bütõv və müstəqil dõvlət olmasında maraqlıdır. Bu maraqları da, erməni cəhdləri poza bilməz. Nəhayət, üçüncüsü, Azərbaycanın dünyada aktiv iqtisadi və eyni zamanda siyasi çəkisi artır, yeri oturuşmuş olur. Xüsusilə, beynəlxalq miqyaslı, dəyərli bir õlkə kimi Azərbaycanın təhlükəsizliyinə də beynəlxalq diqqət artır, Və bununla da, Azərbaycan õz potensialı, Türkiyənin qardaşlığı və beynəlxalq dəstəklərin hesabına heç vaxt, kiminsə təsirində olmaz. Bu da bizim tədbirli dõvlət, zəhmətkeş xalq və təbii resurslu õlkə üçün yüksək, sabit inkişafımız deməkdir. Xalqımız, dõvlətimiz üçün xeyirli, uğurlu olsun!".
Süleyman
Olaylar.az