Kənddən şəhərə yarmarkası bu gün yekunlaşır

Bakı və Abşeronda təşkil edilən "Kənddən şəhərə" yarmarkası bayram günləri fəaliyyət göstərməyəcək.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yarmarka bu gün axşam saatlarından fəaliyyətini başa vuracaq: "Yarmarkada 34 rayondan 113 fermer iştirak edib və məhsullarını satıblar. Hətta bəzi fermerlər gətirdikləri məhsulları tam satıb qayıdıb".(trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31