Növbəti ilin ehtiyac meyarı 170 manat təşkil edəcək

2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyən olunub. "Olaylar" xəbər verir ki, bu, parlamentin iclasında  müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub. Qanun ayihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31