Yaşayış minimumu 196 manata çatdırılacaq
28 Dekabr 2020 12:57 İqtisadiyyatMilli Məclisin dekabrın 28-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31