190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı
26 Dekabr 2020 10:27 İqtisadiyyatÖlkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Bu barədə açıqlamasında Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Читать дальше
O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-indən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək ".(trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31