Baş bankir: “Yaxın zamanlarda bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”

"Əminik ki, yaxın zamanlarda bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək". "Olaylar"ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin iclasında büdcə müzakirələri zaman deyib. E.Rüstəmov bildirib ki, Azərbaycan böyük qələbə qazandı və Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə növbəti ildə də bu qələbənin təsiri altında özünün intibah dövrünü yaşayacaq, Azərbaycan daha da güclənəcək, beynəlxalq nüfuzmuz daha artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31