Ölkədə makroiqtisadi sabitlik təmin olunub - Elman Rüstəmov
23 Dekabr 2020 15:32 İqtisadiyyat"Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Nazir bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezident İlham Əliyevin qəbul etdiyi konsepsiya əsasında qismən təmin olunub: "Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb".