Növbəti il də pandemiya dünya iqtisadiyyatını ciddi sınaqlara çəkəcək - Mərkəzi Bankın sədri
23 Dekabr 2020 13:14 İqtisadiyyatNövbəti ildə də koronavirus pandemiyası dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatını ciddi sınaqlara çəkəcək.
Olaylar.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, növbəti ildə də Azərbaycan iqtisadiyyatı orta müddətli strateji çağırışlara layiqli cavab verəcək. Onun sözlərinə görə, bütün resurslardan səmərəli istifadə ölkəmizdə iqtisadi artımı və əhalinin rifahını təmin edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31