«Bu il Azərbaycanda inflyasiya 3-4% olacaq»

Bu ilin nəticəsində Azərbaycanda inflyasiyanın 3-4% civarında olacağı gözlənilir."APA-ECONOMICS"in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.Onun sözlərinə görə, cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ilin analoji dövrünə nisbətən 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 2,5% bahalaşıb: "Cari ilin sonuna ölkədə inflyasiyanın təxminən 3-4% olacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə - 5%, 2014-cü ildə - 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31