Ölkə üzrə yaşayış minimumu 196 manat müəyyən ediləcək
21 Dekabr 2020 14:38 İqtisadiyyat2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur. "Olaylar" xəbər verir ki, növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə 2021-ci ilin dövlət büdcəsində 48,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 11,0 milyon manat və ya 29,7 faiz çoxdur. Ölkədə məşğulluq səviyyəsinin artırılması, işsiz şəxslərin işlə təmin olunması üçün tədbirlər davam etdiriləcək.