Ehtiyac meyarı 170 manata Çatdırılacaq

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, 2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5,0 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31