Bələdiyyələr yenə də dotasiya ilə işləyəcəklər

Azərbaycan hökuməti 2021-ci ilin dövlət büdcəsi layihəsində bələdiyyələrə maliyyə yardımı nəzərdə tutub. "Olaylar" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Belə ki, 2021-ci il dövlət büdcəsindən bələdiyyələrə 6,4 milyon manat maliyyə yardımı, o cümlədən 5,1 milyon manat dotasiya və 1,3 milyon manat subvensiyanın ayrılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31