Dünya liderlərindən kim daha çox qazanır

Dünya liderlərinin illik gəlirləri ilə bağlı hesabat dərc edilib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Brüsseldəki akademik institutlardan birinin apardığı araşdırma nəticəsində İraqın baş naziri Nuri əl Malikinin, dövlət başçıları, krallar və baş nazirlər arasında ən çox qazanan lider olduğu müəyyən edilib. İraq baş nazirinin illik gəlirinin 3 milyon dollar təşkil etdiyi məlum olub. Sıralamaya görə, Avropadaki krallar arasında isə ən çox gəliri olan Norveç kralı Harald, ən az  gəliri olan isə İspaniya kralı Juan Carlosdur. Onun illik gəliri cəmi  175 min avro təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31