Ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb
2 Dekabr 2020 14:43 İqtisadiyyatMərkəzi Bankın valyuta ehtiyatları 2020-ci il dekabrın 1-ə olan vəziyyətə görə 6,411 milyard dollar təşkil edib. "Olaylar" bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir. Bu göstərici il ərzində 2,45 faiz artıb. 2020-ci ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 56,3 milyon dollar (0,9 faiz) azalıb. 2020-ci il noyabr ayının yekunlarına əsasən pul kütləsi 11,8 milyard manat təşkil edib. Bu, 2019-cu ilin yekunları ilə müqayisədə 2,9 faiz azalıb, illik müqayisədə isə 10,6 faiz azalıb.Yanvar ayı ərzində ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31