Maliyyə Nazirliyi yeni dövlət istiqrazları yerləşdirib
17 noyabr 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105001850 ISIN kodlu, tədavül müddəti 728 gün olan 100.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
18 Noyabr 2020 12:12 İqtisadiyyat17 noyabr 2020-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0105001850 ISIN kodlu, tədavül müddəti 728 gün olan 100.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, AZ0105001850 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 237.9 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 117,906,500.0 manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0282 (gəlirlilik 6.8346%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 15 noyabr 2022-ci ildir.