Hansı ərzaqlar bahalaşıb?

2013-cü ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz bahalaşması, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşmasına səbəb olub.
"Qafqazinfo" Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, ay ərzində unun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, təzə balığın, pasterizə olunmuş və olunmamış üzlü südün, yumurtanın, kərə yağının, bananın, şəkər və şəkər tozunun, göyərtinin qiymətlərində ucuzlaşma, düyünün, makaron və kolbasa məmulatlarının, xamanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, şabalıdın, kələmin, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətlərində bahalaşma müşahidə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31