Bakı şəhəri üzrə əhali abonentlərin sayı 900-ə çatır
2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abonent qeydiyyata alınıb
13 Noyabr 2020 10:17 İqtisadiyyat2020-ci ilin yanvar-oktyabr ayları ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abonent qeydiyyata alınıb. Bunun 44 176-sı Bakı, Abşeron və Sumqayıt, 17 277-si isə regionlar üzrədir. Oktyabr ayı ərzində isə əhali sektoru üzrə qeydiyyata alınan yeni abonentlərin sayı 7 115 təşkil edib. Bunun 5 404-ü Bakı, Abşeron və Sumqayıt, 1 711-i isə regionlar üzrədir.
Beləliklə, hazırda Birliyin ümumi əhali abonentlərinin sayı 2 milyon 310 min 414 təşkil edir. Bundan 1 milyon 413 min 177 abonent regionların, 897 237 abonent isə Bakı şəhərinin payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31