Qusarda ay ərzində 25 manat əmlak vergisi yığılır

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Regionlarda sənədsiz torpaq və tikililərin məsələsi, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması və yerli televiziyalarda teledebatların təşkili"  layihəsinin icrası ilə  əlaqədar Qusar bələdiyyələrinin son on illik fəaliyyəti ilə bağlı araşdırma aparıb. Araşdırma Dövlət Statistika Komitəsinin  hesabatları əsasında həyata keçirilib. Təhlillərə görə, Qusar bələdiyyələrinin illik büdcə gəliri  2011-ci  illə müqayisədə 62,2% azalsada, 2002-ci illə müqayisədə  5 dəfə artaraq, 2012-ci ildə,  581.200 manata olmuşdur.  Hesablamalar göstərir ki, ortalama rəqəmlə hər bələdiyyənin aylıq büdcə gəliri ötən il 1670 manat,  ən yüksək rəqəm isə 2011-ci ildə 2687 manata çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31