Gədəbəydə 42 sahibkara 3,8 mln. manat güzəştli kredit verilib

2013-cü ilin ötən dövründə sahibkarlara 120 milyon manat güzəştli kreditlər verilib

İqtisadi İnkişaf Nazirliyindən "OLAYLAR" İA-nə verilən məlumata görə, mayın 3-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Gədəbəy rayonunun Zəhmət kəndində keçirib. Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Gədəbəydə də quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılıb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Gədəbəydə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Verilmiş güzəştli kreditlər hesabına reallaşdırılan layihələr 18400-dək yeni iş yerlərinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə bu gün verilən kreditlər də daxil olmaqla Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 3.8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər kənd təsərrüfatı məhsullarının emalı, heyvandarlıq və tərəvəzçiliyin inkişafına yönəldiləcək. Verilmiş kreditlər hesabına 260-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31