Bakıda komendant saatı qaydalarına necə riayət edilir? - VİDEO
27 Oktyabr 2020 11:18 İqtisadiyyatSentyabrın 28-dən etibarən ölkəmizdə tətbiq olunan komendant saatı müddətində vətəndaşların əksəriyyəti qoyulan qaydalara əməl edir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev Xəzər Tv-yə bildirib ki, aparılan araşdırmalar nəticəsində vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma bu vətəndaşlarda arxayınlıq yaratmamalıdır.
Ölkəmizdə hərbi vəziyyətlə bağlı tətbiq olunan komendant saatı müddətində aparılan yoxlamalar və araşdırmalar göstərir ki, cəmiyyətdə hərəkət iştirakçıları arasında qaydalara əməl edənlər çoxdur. Aşkarlanan ara sıra faktlar isə kütləvi xarakter daşımır.
Qurum rəsmisi qeyd edib ki, cəbhə bölgəsində ordumuzun inamlı qələbələri düşmən tərəfində ciddi qorxu yaradır. Düşmən tərəfindən hansısa təxribatların ola biləcəyi istisna edilmir. Buna görə də bütün vətəndaşlardan məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.